SÜJET

MƏHKƏMƏ TƏYİNATLAR Böyük Qayıdış Süni intellekt Bank
Gəncədə Bayraq Günü yürüşü - FOTO

Gəncədə Bayraq Günü yürüşü - FOTO

  • 09 noyabr 2026, 16:54
Gəncə

Gəncədə 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş keçirilib.

Yurd.Media-nın məlumatına görə, 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə Gəncənin mərkəzi küçə və prospektlərində hərbi orkestrlərin müşayiəti ilə yürüş təşkil olunub. Hərbi yürüş Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi və Quru Qoşunların Komandanlığının təşkilatçılığı ilə baş tutub.

Yürüşü Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının sədri, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilat rəhbərləri, şəhərdə fəaliyyət göstərən ali və orta təhsil müəssisələrinin müəllim və tələbələri, eləcə də şəhər sakinləri izləyiblər.

Azərbaycan Ordusunun hərbi qulluqçularının marş sədaları altında irəliləməsi, hərbi orkestrlərin ifasında vətənpərvərlik ruhlu musiqilərin səsləndirilməsi şəhər sakinləri tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.

Nizami Gəncəvi prospektindən başlayan yürüş Heydər Əliyev prospekti və Cavadxan küçəsi boyunca davam edərək Atatürk prospektində yekunlaşıb.

Skat.az - Ev və Avtomobil elanları