Milli Kibertəhlükəsizlik Agentliyində yeni təyinat baş tutub.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, Ayxan Hüseynli Agentliyin Milli kiberinsidentlərə reaksiya və koordinasiya departamenti direktorunun müavini vəzifəsinə təyin oluub.
Bununla bağlı Agentliyin İdarə Heyətinin sədri Fərid Zeynalov əmr imzalayıb.
Ayxan Hüseynli bu təyinatadək MKA-da baş kibertəhlükəsizlik mütəxəssisi vəzifəsini icra edib. Daha əvvəl isə Azərbaycan Mərkəzi Bankında informasiya təhlükəsizliyi üzrə analitik kimi çalışıb.
Ayxan Hüseynli