SÜJET

MƏHKƏMƏ TƏYİNATLAR Böyük Qayıdış Süni intellekt Bank
General Hikmət Mirzəyevin şəhid övladları ilə maraqlı görüşü - FOTO

General Hikmət Mirzəyevin şəhid övladları ilə maraqlı görüşü - FOTO

  • 08 noyabr 2026, 19:49

Müdafiə nazirinin müavini - Quru Qoşunların komandanı general-polkovnik Hikmət Mirzəyev 8 Noyabr - Zəfər Günü ərəfəsində şəhid övladları ilə görüş keçirib.

Müdafiə Nazirliyindən Yurd.Media-ya bildirilib ki, görüş zamanı Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalan hərbçilərin əziz xatirəsi ehtiramla yad edilib.

Şəhid övladlarının qayğı və problemləri dinlənilib, onların sosial vəziyyəti və gündəlik ehtiyacları ilə maraqlanılıb. Bildirilib ki, Vətən uğrunda misilsiz şücaətlər göstərərək şəhid olan döyüşçülərin xatirəsi daim uca tutulur, onların ailələri hər zaman diqqət və qayğı ilə əhatə olunurlar.

H. Mirzəyev şəhid övladlarının fikirlərini dinləyib, onların arzu və istəklərinin Azərbaycan tərəfindən diqqət mərkəzində saxlanılacağını bildirib.

Görüşdə şəhid övladları onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, həmçinin Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.

Qeyd olunub ki, şəhidlərin əziz xatirəsinin yaşadılması, onların ailələrinə dəstəyin göstərilməsi Azərbaycan Ordusunun əsas mənəvi dəyərlərindən biridir.

Skat.az - Ev və Avtomobil elanları