SÜJET

TƏYİNATLAR Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Bank

İlham Əliyev

İlham Heydər oğlu Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub.

1967-1977-ci illərdə Bakı şəhərində 6 saylı orta məktəbdə təhsil alıb.

1977-1982-ci illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (MDBMİ) təhsil alıb. MDBMİ-ni bitirdikdən sonra, 1982-ci ildə həmin institutun aspiranturasına daxil olub.

1985-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsini alıb və 1985-1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun müəllimi olub.

1991-1994-cü illər ərzində özəl biznes sahəsində çalışıb və bir sıra istehsal-kommersiya müəssisələrinə rəhbərlik edib.

1994-cü ildən 2003-cü ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin əvvəlcə vitse-prezidenti, sonra isə birinci vitse-prezidenti olub. Ümummilli lider Heydər Əliyevin neft strategiyasının həyata keçirilməsində fəal iştirak edib.

1995-ci və 2000-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinə üzv seçilib.

1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidentidir.

1999-cu ildə Yeni Azərbaycan Partiyası sədrinin müavini, 2001-ci ildə sədrin birinci müavini, 2005-ci ildə isə partiyanın sədri seçilib.

2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin rəhbəri olub. 2003-cü ilin yanvar ayında isə Avropa Şurası Parlament Assambleyası sədrinin müavini, AŞPA-nın Büro üzvü seçilib.

2003-cü il avqustun 4-də Milli Məclisdə təsdiq edildikdən sonra Azərbaycan Respublikasının Baş naziri təyin olunub. Bununla əlaqədar deputat səlahiyyətlərinə xitam verilib.

İlham Əliyev 2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti seçilib. Prezident seçkilərində seçicilərin 76 faizindən çoxu İlham Əliyevin lehinə səs verib.

2004-cü ildə Avropa Şurası Parlament Assambleyasının fəxri üzvü diplomu və medalı ilə təltif edilib.

2008-ci il oktyabrın 15-də keçirilən seçkilərdə seçicilərin 88,73 faiz səsini qazanan İlham Əliyev ikinci dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib.

2013-cü il oktyabrın 9-da keçirilən seçkilərdə isə seçicilərin 84,54 faiz səsini qazanan İlham Əliyev növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib.

2018-ci il aprelin 11-də keçirilən seçkilərdə də İlham Əliyev seçicilərin 86,02 faiz səsini qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib.

2024-cü il fevralın 7-də keçirilən seçkilərdə İlham Əliyev seçicilərin 92,12 faiz səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilib.

Azərbaycan, rus, ingilis, fransız və türk dillərini bilir.

Evlidir. Üç övladı, beş nəvəsi var.



Təltiflər və fəxri adların siyahısı:

Ordenlər
Rumıniyanın “Rumıniya Ulduzu” ordeni (11 oktyabr 2004-cü il)

Səudiyyə Ərəbistanı Krallığının “Kral Əbdüləziz” ordeni (8 mart 2005-ci il)

Rusiya Federasiyasının Təhlükəsizlik, Müdafiə və Hüquq Qaydası Problemləri Akademiyasının I dərəcəli Aleksandr Nevski ordeni (11 aprel 2005-ci il)

Azərbaycan Respublikasının “Heydər Əliyev” ordeni (28 aprel 2005-ci il)

Rus Pravoslav Kilsəsinin I dərəcəli Müqəddəs Serqi Radonejski ordeni (14 sentyabr 2005-ci il)

Qafqaz Müsəlmanları İdarəsinin “Şeyxülislam” ordeni (22 dekabr 2005-ci il)

Fransa Respublikasının “Fəxri Legionun Böyük Xaç Komandoru” ordeni (29 yanvar 2007-ci il)

Polşa Respublikasının “Xidmətlərə görə” Böyük Xaç ordeni (26 fevral 2008-ci il)

Ukraynanın 1 dərəcəli “Knyaz Yaroslav Mudrı” ordeni (22 may 2008-ci il)

Küveyt Dövlətinin “Mübarək əl-Kəbir” ordeni (10 fevral 2009-cu il)

Latviya Respublikasının “Üç Ulduz” ordeninin “Böyük Xaç Kavaleri” dərəcəsi (10 avqust 2009-cu il)

Rus Pravoslav Kilsəsinin “I dərəcəli Şöhrət və Şərəf” ordeni (24 aprel 2010-cu il)

Rumıniyanın “Sadiq Xidmət” milli ordeninin Böyük Xaç ranqı (18 aprel 2011-ci il)

Rumıniyanın “Sadiq Xidmət” milli ordeni (18 aprel 2011-ci il)

Bolqarıstan Respublikasının “Stara Planina” ordeni (14 noyabr 2011-ci il)

Tacikistan Respublikasının “İsmoili Somoni” ordeni (12 iyul 2012-ci il)

Belarusun “Xalqlar dostluğu” ordeni (28 avqust 2012-ci il)

“Serbiya Respublikasının lentli Ordeni” (22 fevral 2013-cü il)

Türkiyə Respublikasının “Dövlət nişanı” ordeni (12 noyabr 2013-cü il)

Ukraynanın “Azadlıq” ordeni (18 noyabr 2013-cü il)

Türk Dünyasının Ali Ordeni (12 noyabr 2021-ci il)

Qazaxıstan Respublikasının “Altın kıran” – “Qızıl qartal” ali ordeni (24 avqust 2022)



Fəxri elmi adlar
Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun fəxri doktoru (7 fevral 2004-cü il)

Lev Qumilyov adına Qazaxıstan Dövlət Avrasiya Universitetinin fəxri professoru və “Qızıl döyüşçü” medalı (1 mart 2004-cü il)

Türkiyənin Qırıqqala Universitetinin fəxri doktoru (25 mart 2004-cü il)

Türkiyənin Bilkənd Universitetinin fəxri doktoru və İhsan Doğramacı adına Dünya Sülh Mükafatı (14 aprel 2004-cü il)

Rumıniyanın Ployeşti Neft-Qaz Universitetinin fəxri doktoru (12 oktyabr 2004-cü il)

Bolqarıstan Milli və Dünya Təsərrüfatı Universitetinin fəxri professoru (23 sentyabr 2005-ci il)

Koreya Respublikasının Kyunq He Universitetinin fəxri doktoru (24 aprel 2007-ci il)

İordaniya Universitetinin fəxri doktoru (29 iyul 2007-ci il)

Macarıstanın Korvinus Universitetinin fəxri doktoru (18 fevral 2008-ci il)

Moskva Dövlət Universitetinin fəxri professoru (21 fevral 2008-ci il)

Taras Şevçenko adına Kiyev Milli Universitetinin fəxri doktoru (22 may 2008-ci il)

Məxdumqulu adına Türkmənistan Dövlət Universitetinin fəxri professoru (28 noyabr 2008-ci il)

Bakı Dövlət Universitetinin fəxri doktoru (2 noyabr 2009-cu il)

Belarus Dövlət Universitetinin fəxri professoru (12 noyabr 2009-cu il)

Tacikistan Milli Universitetinin fəxri doktoru (16 oktyabr 2014-cü il)

Çinin Renmin Universitetinin “Tarix üzrə fəxri professor” diplomu (11 dekabr 2015-ci il)



İdman təşkilatlarının mükafatları
Dünya Taekvondo Federasiyasının 6-cı Dan Qara kəməri və sertifikatı (10 oktyabr 2003-cü il)

Beynəlxalq Güləş Federasiyasının (FİLA) xüsusi mükafatı (3 aprel 2004-cü il)

Beynəlxalq Olimpiya Komitəsinin “Olimpiya” ordeni (19 aprel 2004-cü il)

Avropa Həvəskar Boks Assosiasiyasının xüsusi mükafatı (1 may 2004-cü il)

Beynəlxalq Hərbi İdman Şurasının “Böyük Kordon” Şərəf ordeni (27 may 2005-ci il)

MDB Ölkələri İdman Təşkilatlarının Beynəlxalq Konfederasiyasının Fərqlənmə nişanı (26 sentyabr 2005-ci il)

Beynəlxalq Güləş Federasiyasının (FİLA) “İdman əfsanəsi” medalı (17 sentyabr 2007-ci il)

Belarus Milli Olimpiya Komitəsinin ali mükafatı (26 oktyabr 2007-ci il)

Azərbaycan Milli Olimpiya Komitəsinin “Olimpiya” ordeni (27 dekabr 2007-ci il)

Ümumdünya Karate Federasiyasının Fəxri 9-cu Dan dərəcəsinin diplomu (20 mart 2008-ci il)

Avropa Ədalətli Oyunlar Hərəkatının “Şərəf” nişanı (15 may 2009-cu il)

Beynəlxalq Paralimpiya Komitəsinin ali paralimpiya mükafatı (26 iyun 2015-ci il)

Dünya Güləş Birliyinin “Qızıl Orden” ali mükafatı (29 aprel 2018-ci il)

Dünya Etnoidman Konfederasiyasının “Liderlik Mükafatı” (5 mart 2022-ci il)

Zəfər yürüşünün 15-ci günü: 11 oktyabr - XRONİKA
Ölkə
11.10.2026 08:00
Zəfər yürüşünün 15-ci günü: 11 oktyabr - XRONİKA
İlham Əliyev və Ramzan Kadırov Bakı Ağ Şəhərdə olublar
Bakı
10.10.2026 18:59
İlham Əliyev və Ramzan Kadırov "Bakı Ağ Şəhər"də olublar
İlham Əliyev Ramzan Kadırovu qəbul edib
Ölkə
10.10.2026 16:48
İlham Əliyev Ramzan Kadırovu qəbul edib
Şahbaz Şərif ASAN xidmətin Pakistanda tətbiqinə Azərbaycandan dəstək istəyib
Yurddan uzaq
10.10.2026 15:22
Şahbaz Şərif "ASAN xidmət"in Pakistanda tətbiqinə Azərbaycandan dəstək istəyib
Ceyhun Bayramovun müavini SƏDR SEÇİLDİ
Ölkə
10.10.2026 10:57
Ceyhun Bayramovun müavini SƏDR SEÇİLDİ
Zəfər yürüşünün 14-cü günü: 10 oktyabr - XRONİKA
Ölkə
10.10.2026 08:00
Zəfər yürüşünün 14-cü günü: 10 oktyabr - XRONİKA
Türkmənistanda İlham Əliyev Vladimir Putin və Sərdar Berdiməhəmmədovla görüşüb
Yurddan uzaq
09.10.2026 13:27
Türkmənistanda İlham Əliyev Vladimir Putin və Sərdar Berdiməhəmmədovla görüşüb
Zəfər yürüşünün 13-cü günü: 9 oktyabr - XRONİKA
Ölkə
09.10.2026 08:00
Zəfər yürüşünün 13-cü günü: 9 oktyabr - XRONİKA
Hadrut qəsəbəsinin işğaldan azad olunduğu gündür
Xocavənd
09.10.2026 00:14
Hadrut qəsəbəsinin işğaldan azad olunduğu gündür
Müşavir, aparat rəhbəri, indi isə müavin oldu
Ölkə
08.10.2026 20:40
Müşavir, aparat rəhbəri, indi isə müavin oldu
İlham Əliyev Türkmənistanda Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə - FOTO
Yurddan uzaq
08.10.2026 14:02
İlham Əliyev Türkmənistanda Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə - FOTO
Zəfər yürüşünün 12-ci günü: 8 oktyabr - XRONİKA
Ölkə
08.10.2026 08:00
Zəfər yürüşünün 12-ci günü: 8 oktyabr - XRONİKA
Ukraynaya növbəti YARDIM YÜKÜ – Kabel, transformator və naqillər göndərildi
Yurddan uzaq
07.10.2026 18:31
Ukraynaya növbəti YARDIM YÜKÜ – Kabel, transformator və naqillər göndərildi
Qayanın qoynunda 600 illik sirr: “Diri Baba”nı bu il neçə turist ziyarət edib?
İsmayıllı
07.10.2026 18:03
Qayanın qoynunda 600 illik sirr: “Diri Baba”nı bu il neçə turist ziyarət edib?
İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib
Ölkə
07.10.2026 17:15
İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib
Zəfər yürüşünün 11-ci günü: 7 oktyabr - XRONİKA
Ölkə
07.10.2026 08:00
Zəfər yürüşünün 11-ci günü: 7 oktyabr - XRONİKA
Bakıda Azərbaycan - Böyük Britaniya danışıqları - FOTO
Ölkə
06.10.2026 17:37
Bakıda Azərbaycan - Böyük Britaniya danışıqları - FOTO
Uşaqla görüş qaydası dəyişdi – Övladlığa götürmək istəyənlərə YENİ MÜDDƏT
Sosial
06.10.2026 08:31
Uşaqla görüş qaydası dəyişdi – Övladlığa götürmək istəyənlərə YENİ MÜDDƏT
Zəfər yürüşünün 10-cu günü: 6 oktyabr - XRONİKA
Ölkə
06.10.2026 08:00
Zəfər yürüşünün 10-cu günü: 6 oktyabr - XRONİKA
İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib
Bakı
05.10.2026 20:40
İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib
Tamam Bayatlı BP-dəki vəzifəsindən ayrılıb
Ölkə
05.10.2026 15:59
Tamam Bayatlı BP-dəki vəzifəsindən ayrılıb
Azərbaycanda yeni dərman istehsalı müəssisəsi yaradıldı - Prezident AÇILIŞDA
Sağlamlıq
05.10.2026 14:36
Azərbaycanda yeni dərman istehsalı müəssisəsi yaradıldı - Prezident AÇILIŞDA
Azərbaycanda aqrar sahə ilə bağlı 4 qanun ləğv olunur
Kənd təsərrüfatı
05.10.2026 13:01
Azərbaycanda aqrar sahə ilə bağlı 4 qanun ləğv olunur
“Azərbaycan Biznesinin İnkişafı Fondu”nun nizamnamə kapitalı necə formalaşıb?
Biznes
05.10.2026 09:32
“Azərbaycan Biznesinin İnkişafı Fondu”nun nizamnamə kapitalı necə formalaşıb?
Zəfər yürüşünün 9-cu günü: 5 oktyabr - XRONİKA
Ölkə
05.10.2026 08:00
Zəfər yürüşünün 9-cu günü: 5 oktyabr - XRONİKA
Zəfər yürüşünün 8-ci günü: 4 oktyabr - XRONİKA
Ölkə
04.10.2026 08:00
Zəfər yürüşünün 8-ci günü: 4 oktyabr - XRONİKA
Cəbrayıl şəhərinin azad olunmasından 6 il ötür
Cəbrayıl
04.10.2026 00:01
Cəbrayıl şəhərinin azad olunmasından 6 il ötür