"Bakı Metropoliteni" QSC-nin nizamnamə kapitalı 4% artırıldı.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, "Bakı Metropoliteni"nin nizamnamə kapitalı 110 milyon manat artırılaraq 2 580 638 397 manatdan 2 690 638 589 manata çatdırdı.
Qeyd edək ki, bu il mayın 7-də Prezident İlham Əliyev "Bakı Metropoliteni"nin yenidən təşkil edilməsi, bununla əlaqədar bəzi fərman və sərəncamlarında dəyişiklik edilməsi, bəzi sərəncamlarının ləğv edilməsi haqqında fərman imzalayıb. Fərmana əsasən, səhmdar cəmiyyəti "BakuBus" və "Bakı Taksi Xidməti" MMC-lərin ona qoşulması formasında yenidən təşkil edilib.
Yenidən təşkil olunandan sonra QSC-nin nizamnamə kapitalının ümumilikdə 800 milyon manat (30 faizdən çox) artırılaraq 3,4 milyard manata çatdırılması planlaşdırılır.