"Göhər" MTK sakinlərin hüququnu pozmaqda ittiham edilir.
Yurd.Media xəbər verir ki, Xətai rayonu Babək prospekti 94 ünvanından bir qrup sakin “Xəzər Xəbər”ə müraciət edərək bildiriblər ki, nə bloklar təmizlənir, nə həyətə əl gəzdirlir, qarajlar isə dizə qədər suyun içindədir.
Sakinlər iddia edir ki, 736 mənzilli 10 bina 19 ildir baxımsız vəziyyətdədir. Hətta vəziyyət o həddə çatıb ki, sakinlər artıq müvafiq qurumlara müraciət də ediblər
Binanın həyətindəki maneələr yanğınsöndürən avtomobillərin əraziyə daxil olmasına imkan vermir.