“Bakı İnşaat 1” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) vergi borcuna görə məhkəməyə verilib.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi MMC barəsində Gəncə Kommersiya Məhkəməsində iddia qaldırıb.
İddia ərizəsinə görə, “Bakı İnşaat 1” MMC-nin işsizlikdən sığorta fonduna 7,38 manat, dövlət büdcəsinə 30 964 manat məbləğində, o cümlədən, vergilər üzrə 24 875 manat, faizlər üzrə 6008 manat, maliyyə sanksiyası üzrə 80 manat, Dövlət Sosial Müdafiə Fonduna 3 manat, işsizlikdən sığorta fonduna 0,47 manat, İcbari Tibbi Sığorta Fonduna 2 manat olmaqla, ümumilikdə 30978 manat məbləğində borcu yaranıb.
Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən bildirişlər göndərilib, lakin vergi ödəyicisi yaranmış borc məbləğlərini ödəməyib.
Məhkəmənin qərarı ilə “Bakı İnşaat 1” MMC-nin rəhbərinin ölkədən getmək hüququ borc ödənilənədək müvəqqəti məhdudlaşdırılıb.