SÜJET

TƏYİNATLAR MƏHKƏMƏ Bank Daşınmaz əmlak Böyük Qayıdış
Məhkəmə ilə vergi borcunu sildirən müəssisə yenidən 90 min manat borclandı

Məhkəmə ilə vergi borcunu sildirən müəssisə yenidən 90 min manat borclandı

  • 20 noyabr 2026, 20:26

“Bakı Şəhər Dezinfeksiya Stansiyasının Səbail Rayonlararası Bölməsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) dövlətə vergi borcu yaranıb.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, müəssisənin vergi borcu 89,2 min manat təşkil edir.

Qeyd edək ki, 2010-cu ildə yaradılan MMC-nin nizamnamə kapitalı 7,8 min manatdır. Müəssisənin direktoru Gülnarə Həsənovadır.

Qeyd edək ki, daha əvvəl müəssisə vergi borcları ilə bağlı məhkəməyə çıxıb. Belə ki, 2018-ci ildə MMC Vergilər Nazirliyi yanında Bakı Şəhəri Lokal Gəlirlər Departamentinə qarşı iddia qaldırıb.

Şirkət vergi borclarının və faizlərin ümidsiz borc kimi silinməsini tələb edib. Birinci instansiya məhkəməsi iddianı təmin edib. Vergilər Nazirliyinin apellyasiya şikayəti isə təmin olunmayıb və qərar qüvvədə saxlanılıb.

Bölmə 2010-cu ildə Səbail, Qaradağ və Yasamal rayonlarının profilaktik dezinfeksiya şöbələrinin birləşdirilməsi əsasında yaradılıb. Həmin vaxt struktur dəyişikliyi və işçilərin ixtisarı ilə bağlı etirazlar olub.

Skat.az - Ev və Avtomobil elanları