SÜJET

TƏYİNATLAR MƏHKƏMƏ Bank Daşınmaz əmlak Böyük Qayıdış
“Dow Jones”un Direktorlar Şurasına yeni üzvlər qəbul edilib

“Dow Jones”un Direktorlar Şurasına yeni üzvlər qəbul edilib

  • 20 noyabr 2026, 22:46

ABŞ-ın “Dow Jones” maliyyə xəbərləri agentliyinin Direktorlar Şurasına 4 yeni üzv qəbul edilib. 

Yurd.Media xəbər verir ki, bunlar, “The Wall Street Journal"ın baş redaktoru Emma Taker, "Factiva"nın baş meneceri Emma O'Brayen, "Barron's"ın baş redaktoru Ben Levisohn və "MarketWatch"ın baş redaktoru Mark DeKambredir. 

“Dow Jones”un İdarə Heyətinin sədri vəzifəsini icra edən Erik Mandraki bildirib: “Yeni üzvlərimizi salamlamaqdan məmnunuq. Onların xəbər otaqlarımızda və rəqəmsal platformalarımızda müstəsna liderliyi növbəti nəsil jurnalistləri dəstəkləmək və onlara rəhbərlik etmək missiyamıza əvəzsiz perspektiv və enerji gətirəcək”.

Skat.az - Ev və Avtomobil elanları