"Bakı Fond Birjası" QSC-nin (BFB) Listinq Komitəsinin sədri Oqtay Qasımov 700 manat cərimə ödəməli olacaq.
Yurd.Media xəbər verir ki, onu Azərbaycan Mərkəzi Bankı (AMB) cərimələyib.
Qurumun apardığı nəzarət tədbirləri çərçivəsində Birjada "Qiymətli kağızların ticarətə qəbulu, listinqə alınması, listinqdə saxlanılması və delistinqi Qaydaları"nın tələblərinin pozulduğu üzə çıxıb. Bununla əlaqədar İnzibati Xətalar Məcəlləsinin 416.0.7-ci maddəsinə əsasən inzibati cərimə tətbiq edilib.