İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsi Qabaqtəpə Bələdiyyəsi ilə bağlı məhkəməyə müraciət edib.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, Daşkəsən rayon, Qabaqtəpə Bələdiyyəsi tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 223 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 27524 manat, İcbari Tibbi Sığorta Fonduna olan 4021 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılması xahiş edilib.
Beləliklə, 2026-cı il üçün Daşkəsən Rayonu Qabaqtəpə Bələdiyyəsinin ümumilikdə 31768 manat borcu var.
Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinəvə müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən bildirişlər göndərilib, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməyib.
Daşkəsən Rayon Məhkəməsinin qərarı ilə ərizə təmin olunub.
Qeyd edək ki, Daşkəsən rayonu Qabaqtəpə Bələdiyyəsinin sədri Rzayev Elşən Ələkbər oğludur.