SÜJET

TƏYİNATLAR MƏHKƏMƏ Bank Daşınmaz əmlak Böyük Qayıdış
“Mətin Xırdavat” bu dəfə də DYP cəriməsinə görə məhkəmədə

“Mətin Xırdavat” bu dəfə də DYP cəriməsinə görə məhkəmədə

  • 18 noyabr 2026, 21:14

“Mətin Xırdavat” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) cərimə olunub.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, MMC-nin mülkiyyətində olan “Hyundai Accent” minik maşını ilə inzibati xətanı törətmiş fiziki şəxs barəsində Nəsimi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin sorğusuna qanunvericiliklə müəyyən edilmiş 5 gün müddətində məlumat verilməyib. 

Belə ki, şirkətə məxsus avtomobillə İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsi üzrə inzibati xəta törədilib. 

Buna görə də “Mətin Xırdavat” MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə protokol tərtib edilib və iş baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib. 

Məhkəmənin qərarı ilə “Mətin Xırdavat” MMC 300 manat cərimə edilib. 

Qeyd edək ki, tikinti alətləri, əl alətləri, arabalar, açarlar, iş geyimləri, boyalar satan “Mətin Xırdavat” MMC bundan əvvəl xaricə pul köçürmə ilə bağlı İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinib və 4 min dollar cərimə edilib.

Skat.az - Ev və Avtomobil elanları