SÜJET

TƏYİNATLAR MƏHKƏMƏ Bank Daşınmaz əmlak Böyük Qayıdış
Fevralda yaradılan şirkət Bakı Zooparkının tenderini udub işini dondurdu

Fevralda yaradılan şirkət Bakı Zooparkının tenderini udub işini dondurdu

  • 18 noyabr 2026, 16:26

Bu ilin fevralında yaradılan “Ecoutil” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) fəaliyyətini dayandırıb.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, şirkət yaradılmasından təxminən 9 ay sonra fəaliyyətini dayandırıb.

Qeyd edək ki, “Ecoutil” MMC 17 fevral 2026-cı ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 12 manat olan şirkətin direktoru Amil Ramazanovdur.

Şirkət qısa fəaliyyəti dövründə dövlət satınalmasında da qalib olub. Belə ki, 2026-cı ilin sentyabrında Bakı Zooparkının tikinti-təmir mallarının alınması üzrə keçirdiyi 29 min 102 manatlıq tenderin qalibi “Ecoutil” MMC seçilib.

Skat.az - Ev və Avtomobil elanları