SÜJET

TƏYİNATLAR MƏHKƏMƏ Bank Daşınmaz əmlak Böyük Qayıdış
“PAŞA Sığortada yeni təyinatlar - FOTO

“PAŞA Sığorta"da yeni təyinatlar - FOTO

  • 17 noyabr 2026, 18:59

“PAŞA Sığorta” ASC-də yeni təyinatlar baş tutub.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, Tahir Əliyev Bankda Məhkəmə mübahisələri və icra departamentinin rəhbəri vəzifəsinə, Rüfət İsgəndərov Subroqasiya departamentinin rəhbəri vəzifəsinə təyin olunub.

Tahir Əliyev 2018-ci ilin iyunundan Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür və vəkillik fəaliyyəti ilə məşğuldur.

O, bundan əvvəl 2022-ci ilin mayından 2026-cı ilin noyabrınadək “BHM Law Firm” hüquq şirkətində böyük hüquqşünas vəzifəsində çalışıb. 2016-cı ilin yanvarından 2019-cu ilin iyulunadək həmin şirkətdə baş hüquqşünas, 2010-cu ilin mayından 2015-ci ilin dekabrınadək isə hüquqşünas olub.

Tahir Əliyev, həmçinin 2020-ci ilin dekabrından 2021-ci ilin mayınadək ABŞ-ın Çikaqo şəhərində fəaliyyət göstərən “Liston & Tsantilis, P.C.” hüquq şirkətində hüquq köməkçisi vəzifəsində çalışıb.

Tahir ƏliyevTahir Əliyev

Rüfət İsgəndərov bundan əvvəl 2024-cü ilin sentyabrından 2026-cı ilin noyabrınadək “Leobank”da Borcların yığılması departamentinin rəhbəri vəzifəsində çalışıb. 2023-cü ilin oktyabrından 2024-cü ilin sentyabrınadək həmin bankda borcların yığılması üzrə komanda rəhbəri, 2023-cü ilin martından oktyabrınadək nəzarətçi, 2022-ci ilin martından 2023-cü ilin fevralınadək isə mütəxəssis olub.

Rüfət İsgəndərov 2021-ci ilin iyunundan 2022-ci ilin martınadək “Modern-S Construction” şirkətində layihə meneceri, 2020-ci ilin noyabrından 2021-ci ilin iyulunadək isə “Diageo CCA” şirkətində satış üzrə menecer vəzifəsində çalışıb.

Rüfət İsgəndərovRüfət İsgəndərov

Skat.az - Ev və Avtomobil elanları