“Aqrarkredit” QSC-də yeni təyinat baş tutub.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, “Aqrarkredit”də Ülvi Novruzov Maliyyə departamentinin direktoru vəzifəsinə təyin olunub.
O, bundan əvvəl 2009-cu ilin avqustundan 2026-cı ilin iyun ayınadək “Premium Bank” ASC-də çalışıb. Bu müddətdə bankın Maliyyə departamentinin direktoru və baş mühasibi, Daxili audit departamentinin direktoru, baş mühasibi, eləcə də BMHS (Beynəlxalq Maliyyə Hesabatı Standartları) üzrə rəhbəri vəzifələrini icra edib.
Ü.Novruzov daha əvvəllər isə “Bank Standard”da və Azərbaycan Mərkəzi Bankında da çalışıb.
O, geokimya elmləri üzrə doktor-professor Novruz Novruzovun oğludur.
Ülvi Novruzov