SÜJET

TƏYİNATLAR MƏHKƏMƏ Bank Daşınmaz əmlak Böyük Qayıdış
Məhkəmə “Azservis” MMC-ni və baş direktorunu CƏRİMƏLƏDİ

Məhkəmə “Azservis” MMC-ni və baş direktorunu CƏRİMƏLƏDİ

  • 17 noyabr 2026, 17:38

“Azservis” Məhdud Məsuliyyətli Cəmiyyətdə (MMC) əmək qanunvericiliyini pozmaqda ittiham edilib. 

Yurd.Media-nın əldə etdiyi məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən MMC-də araşdırma aparılıb. 

Araşdırmanın aparılmasına səbəb “Azservis” MMC-nin işdən çıxarılan işçisi Lətifov Əli İsə oğlunun müraciəti olub. 

Əli Lətifovun müraciəti əsasında Əmək Məcəlləsinin 15.2-ci maddəsinə əsasən 2026-cı il tarixli sorğu məktubu “Azservis” MMC-yə göndərilib, sənədlərin 7 iş günü ərzində təqdim edilməsi tələb olunub. Amma tələb olunan sənədlər təqdim edilməyib. 

Nəticədə“Azservis” MMC və hüquqi şəxsin baş direktoru barəsində İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə protokol tərtib edilib. 

Nəsimi Rayon Məhkəməsinin qərarı ilə “Azservis” MMC 2 min manat, MMC-nin baş direktoru 1000 manat cərimə edilib.

Qeyd edək ki, 2008-ci ildən fəaliyyət göstərən “Azservis” MMC-nin direktoru Elnur Sultanovdur.

Skat.az - Ev və Avtomobil elanları