SÜJET

TƏYİNATLAR MƏHKƏMƏ Bank Daşınmaz əmlak Böyük Qayıdış
DYP-nin Lifttəmirə göndərdiyi məktubu orada işləməyən şəxs imzalayaraq qəbul edib - MƏHKƏMƏ

DYP-nin "Lifttəmir"ə göndərdiyi məktubu orada işləməyən şəxs imzalayaraq qəbul edib - MƏHKƏMƏ

  • 17 noyabr 2026, 15:17

“Lifttəmir” İstehsalat Birliyi barəsində inzibati protokol tərtib edilib. 

Yurd.Media-nın əldə etdiyi məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin istehsalat birliyinə mülkiyyətində olan “Lada Largus” yük avtomobili ilə inzibati xətanı törətmiş fiziki şəxs barəsində olan sorğusuna 5 gün müddətində cavab verilməyib. 

Nəsimi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin məktubu və müvafiq xəbərnamədən görünüb ki, “Lifttəmir” İstehsalat Birliyinə məxsus “LADA LARGUS YÜK” markalı avtomobil ilə İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş xətanı törədən şəxs barəsində şöbəyə 5 gün ərzində məlumatın verilməsi xahiş olunub. Bununla bağlı göndərilmiş məktubun “Hümbətov” soyadlı şəxs tərəfindən “Etibarnamə ilə” qrafasına imza edilməklə qəbul etməsi qeyd olunub.

“Lifttəmir” İstehsalat Birliyinin nümayəndəsi izahatında bildirib ki, Nəsimi Rayon Polis İdarəsi tərəfindən inzibati xəta törədilməsi barədə heç bir sorğu birliyə daxil olmayıb. 

“İş materiallarına əlavə edilmiş xəbərnamədə sorğunun “Hümbətov” soyadlı şəxs tərəfindən qəbul edildiyi görünsə də, İstehsalat Birliyində belə bir əməkdaş işləmir”, – deyə nümayəndə qeyd edib. 

Nəsimi Rayon Məhkəməsinin qərarı ilə “Lifttəmir” İstehsalat Birliyi barəsində İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilib.

Skat.az - Ev və Avtomobil elanları