SÜJET

TƏYİNATLAR MƏHKƏMƏ Bank Daşınmaz əmlak Böyük Qayıdış
“PMD Projects”in Tender departamentinə o rəhbərlik edəcək

“PMD Projects”in Tender departamentinə o rəhbərlik edəcək

  • 17 noyabr 2026, 15:52

“PMD Projects”in Tender departamentinə rəhbər təyinatı baş tutub.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, Anar İsmayılov “PMD Projects” MMC-də Tender departamentinin rəhbəri vəzifəsinə təyin olunub.

O, bundan əvvəl 2025-ci ilin avqustundan 2026-cı ilin noyabrınadək “Modern Construction Group” QSC-də Xərclərin idarə edilməsi departamentinin rəhbəri vəzifəsində çalışıb. Həmin şirkətdə 2025-ci ilin may-avqust aylarında Layihə və tikinti menecmenti (PCM) istiqamətində də fəaliyyət göstərib.

O, 2020-ci ilin dekabrından 2025-ci ilin mayınadək Rusiyanın Moskva vilayətində tikinti və təmir işləri üzrə fəaliyyət göstərən şirkətin baş meneceri olub. Bu müddətdə kommersiya və yaşayış obyektləri üzrə layihələrin planlaşdırılması, büdcələşdirilməsi və icrasına rəhbərlik edib.

A. İsmayılov 2019-cu ilin iyulundan 2020-ci ilin noyabrınadək “ENCOTEC” şirkətində Layihələrə nəzarət üzrə menecer, 2019-cu ilin iyun-avqust aylarında Özbəkistan hökumətinin təhsil layihəsində layihə məsləhətçisi, 2018-ci ilin mayından 2019-cu ilin iyun ayınadək isə “Kontinent Construction” şirkətində Satınalma və logistika departamentinin rəhbəri vəzifəsində çalışıb. Sonuncu şirkətdə “Gülüstan” sarayı, “Fairmont Residence”, “Baskal” və “Markhal” hotelləri, eləcə də “Xətai Park” layihələrində iştirak edib.

Onun əvvəlki iş təcrübəsinə 2017-2018-ci illərdə “Sinteks” MMC-də layihə meneceri, 2016-2017-ci illərdə “ENCOTEC”də layihələrə nəzarət üzrə menecer, 2015-2016-cı illərdə “Vizyon Mekanik”də kommersiya meneceri, 2015-ci ildə “FiveCurrents” şirkətində “Bakı-2015” Avropa Oyunlarının açılış mərasimi üzrə layihə nəzarətçisi, 2014-2015-ci illərdə “Harvey Nichols”da satınalmalar üzrə baş direktor vəzifələri daxildir.

"PMD Projects" Azərbaycanın tanınan tikinti, layihə idarəçiliyi və daşınmaz əmlakın inkişafı şirkətlərindən biridir. Yaşayış və kommersiya binalarının, otellərin, kənd təsərrüfatı və sənaye obyektlərinin layihələndirilməsi və tikintisini həyata keçirən şirkət 2018-ci ildən PMD Group LLC tərkibində fəaliyyət göstərir. "PMD Projects"in Baş icraçı direktoru (CEO) Nəriman Topçubaşovdur.

Anar İsmayılovAnar İsmayılov

Skat.az - Ev və Avtomobil elanları