Dövlət Məşğulluq Agentliyində yeni təyinat baş tutub.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, bununla bağlı Agentliyin sədri Hasil Abbasov müvafiq əmr imzalayıb.
Belə ki, Nail Cəbrayılov Dövlət Məşğulluq Agentliyində şöbə müdiri vəzifəsinə təyin olunub.
Nail Cəbrayılov 2024-cü ilin yanvarından 2026-cı ilin noyabrınadək Dövlət Məşğulluq Agentliyində DOST əlaqələndiricisi – qrup rəhbəri vəzifəsində çalışıb. Bundan əvvəl, 2022-ci ilin fevralından 2024-cü ilin yanvarınadək karyera məsləhətçisi – böyük mütəxəssis kimi fəaliyyət göstərib.
O, 2022-ci ilin aprelindən 2023-cü ilin fevralınadək isə Agentlikdə karyera məsləhətçisi – aparıcı mütəxəssis vəzifəsini icra edib.
N. Cəbrayılov 2017-ci ilin noyabrından 2021-ci ilin dekabrınadək “RELİMAN” MMC-də mühasib, 2014-cü ilin martından 2017-ci ilin oktyabrınadək “Memar Group”da baş mühasib, 2010-cu ilin sentyabrından 2014-cü ilin fevralınadək isə MKSİF-də baş mühasib vəzifəsində çalışıb.
Nail Cəbrayılov