SÜJET

TƏYİNATLAR MƏHKƏMƏ Bank Daşınmaz əmlak Böyük Qayıdış
Milli Kibertəhlükəsizlik Agentliyində YENİ TƏYİNATLAR

Milli Kibertəhlükəsizlik Agentliyində YENİ TƏYİNATLAR

  • 18 noyabr 2026, 12:21

Milli Kibertəhlükəsizlik Agentliyində yeni təyinatlar baş tutub.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, Agentliyin İdarə Heyətinin sədri Fərid Zeynalov bununla bağlı müvafiq əmrlər imzalayıb.

Belə ki, Könül Fərəcova Agentliyin Hüquq departamentinin direktor müavini vəzifəsinə təyin olunub.

O, 2024-cü ilin avqust ayından Milli Kibertəhlükəsizlik Agentliyində Normativ hüquqi təminat şöbəsinin müdiri vəzifəsində çalışıb. 2026-cı ilin noyabrından isə fəaliyyətini həmin qurumun Hüquq departamentinin direktor müavini kimi davam etdirir.

O, eyni zamanda, 2025-ci ilin fevralından Bakı Dövlət Universitetinin SABAH qrupunda müəllim kimi fəaliyyət göstərir.

Könül Fərəcova bundan əvvəl 2022-ci ilin dekabrından 2024-cü ilin avqustunadək Dövlət Məşğulluq Agentliyində şöbə müdiri, 2022-ci ilin fevralından dekabrınadək isə böyük hüquqşünas vəzifələrində çalışıb. 

2021-ci ilin dekabrından 2024-cü ilin avqustunadək Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü kimi vəkillik fəaliyyəti ilə məşğul olub.

O, 2021-ci ilin sentyabrından 2022-ci ilin fevralınadək “Aztelekom”da korporativ hüquqşünas vəzifəsində çalışıb.

Könül FərəcovaKönül Fərəcova

Əli Qəniyev isə Milli Kibertəhlükəsizlik Agentliyinin Hücumyönümlü təhlükəsizlik şöbəsinin rəhbəri vəzifəsinə təyin olunub.

O, bundan əvvəl, 2024-cü ilin sentyabrından 2026-cı ilin oktyabrınadək qurumda tətbiqi təhlükəsizlik və təhlükəsizlik tədqiqatları üzrə mütəxəssis vəzifəsini icra edib.

Əli QəniyevƏli Qəniyev

Skat.az - Ev və Avtomobil elanları