SÜJET

TƏYİNATLAR MƏHKƏMƏ Bank Daşınmaz əmlak Böyük Qayıdış
“NBA Technologies İnternational” quraşdırdığı e-kassa aparatına görə MƏHKƏMƏDƏ

“NBA Technologies İnternational” quraşdırdığı e-kassa aparatına görə MƏHKƏMƏDƏ

  • 18 noyabr 2026, 14:08

“NBA Technologies İnternational” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) müştərisini məhkəməyə verib. 

Yurd.Media-nın əldə etdiyi məlumata görə, şirkət cavabdehə qarşı pul tələbinə dair Gəncə Kommersiya Məhkəməsində iddia qaldırıb. 

E-kassa operatorlarından biri olan “NBA Technologies İnternational” MMC cavabdehdən 213 manat məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş edib. 

Belə ki, şirkətin 2022-ci ildə göstərdiyi xidmətə görə müştərinin ümumilikdə 285 manat borcu yaranıb. Cavabdeh həmin borc məbləğinin bir hissəsini ödəyib, lakin 213 manat borcu qalıb.

Tərəflər arasında bağlanan müqavilələrə və aylıq texniki servis xidmətinə yalnız online kassa cihazı qeydiyyatdan çıxarıldıqdan sonra xitam verilib. Buna baxmayaraq cavabdeh tokeni iddiaçıya qaytarmayıb, mövcud borcunu ödəməyib, kassanın qeydiyyatdan çıxarılması üçün lazım olan zəruri addımları atmayıb. 

Məhkəmə iddia tələbini təmin edib.

Qeyd edək ki, “NBA Technologies İnternational” şirkəti vergi ödəyicilərinə elektron kassaların (hazırda istifadədə olan bütün kassalar “e-kassa” hesab olunur) satışını, proqram təminatının quraşdırılmasını, e-kassa aparatının funksionallığının təmin edilməsi üçün “token”- lərin (nəzarət mexanizm qurğusu) quraşdırılması, kassa aparatının zəruri qaydada işləməsi üçün texniki xidməti həyata keçirir. 

Skat.az - Ev və Avtomobil elanları