Nazirlər Kabineti "Su və Meliorasiya üzrə Layihələndirmə və Elmi Tədqiqat İnstitutu"nun işçilərinin əməkhaqqlarının məbləğini təsdiq edib.
Yurd.Media xəbər verir ki, ştat cədvəlinə görə İnstitutun direktorunun maaşı 6 min manat, direktor müavininin maaşı 5 min manat müəyyən olunub.
Xatırladaq ki, Prezident İlham Əliyevin bu il fevralın 20-də imzaladığı Fərmana əsasən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində "Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutu" və "Su və Meliorasiya Elmi Tədqiqat İnstitutu" publik hüquqi şəxslərin əsasında eyni tabelikdə "Su və Meliorasiya üzrə Layihələndirmə və Elmi Tədqiqat İnstitutu" yaradılıb.
