“Mətin Xırdavat” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) cərimə olunub.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, şirkət tərəfindən 21,6 min ABŞ dolları məbləğində vəsait bank vasitəsilə 2024-cü il tarixində avans olaraq ölkə xaricinə köçürülüb.
“Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 il müddətində 20,6 min ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar ölkəyə idxal edilməyib və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmayıb.
“Mətin Xırdavat” MMC-nin barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə protokol tərtib edilib.
Nəsimi Rayon Məhkəməsinin qərarı ilə MMC barəsində inzibati xətanın bilavasitə obyekti olmuş məbləğin iyirmi faizi miqdarında, yəni 4 min dollar cərimə edilib.
Qeyd edək ki, geniş çeşiddə tikinti materialları və xırdavat məhsullarının topdan və pərakəndə satışı ilə məşğul olan “Mətin Xırdavat” MMC 10 ildən artıqdıq bazarda fəaliyyət göstərir. Şirkətin nizamnamə kapitalı 4 milyon manat, direktoru isə Kamil Mehdiyevdir.