SÜJET

MƏHKƏMƏ TƏYİNATLAR Böyük Qayıdış Süni intellekt Bank
Departament müdiri Azərsun Holdinqi tərk etdi

Departament müdiri "Azərsun Holdinq"i tərk etdi

  • 18 oktyabr 2026, 17:03

"Azərsun Holdinq"in departament müdiri vəzifəsindən ayrıldı.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, İnsan Resursları Departamentinin rəhbəri Fərid Tağıyev Holdinqi tərk edib.

O, 2025-ci ilin iyulundan 2026-cı ilin oktyabrınadək holdinqdə İnsan Resursları Departamentinin rəhbəri vəzifəsində çalışıb.

F.Tağıyev bu vəzifədə "Azərsun Holdinq"in müxtəlif biznes istiqamətləri üzrə insan resurslarının idarə edilməsinə rəhbərlik edib. Onun fəaliyyət dairəsinə "Azərbaycan Sənaye Bankı", "Azərbaycan Sənaye Sığorta", "Dreamland Golf Villas and Residences" və digər bizneslər daxil olub.

O, 2012-cü ildən "Azərsun Holdinq"də müxtəlif vəzifələrdə çalışıb.

Skat.az - Ev və Avtomobil elanları