"Mərcan" toyuqlarının istehsalçısı olan şirkətin şöbə müdiri işdən çıxdı.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, "Mərcan" brendi altında toyuq əti istehsalı ilə məşğul olan “Azerbaijan Poultry Company” MMC-nin Laboratoriya və Keyfiyyətə Nəzarət Şöbəsinin müdiri Toğrul Mirzəzadə vəzifəsindən ayrılıb.
O, 2021-ci ildən çalışdığı şirkətdən öz ərizəsilə çıxıb.
T.Mirzəzadə 2019-2021-ci illərdə isə "Veysəloğlu" Şirkətlər Qrupunda çalışıb.
Qeyd edək ki, “Azerbaijan Poultry Company” MMC 2012-ci ildə yaradılmış quşçuluq fermasıdır. Ucar rayonunda qeydiyatdan keçən və 7,8 milyon manat nizamnamə kapitalı olan şirkətin rəhbəri Kənan Məmmədlidir.
Toğrul Mirzəzadə