Bakının Nəsimi rayonu, Vaqif prospekti, 11a ünvanında yerləşən 6 mərtəbəli, 50 otaqlı obyekt satılır.
Yurd.Media "Ölkə.az"a istinadən xəbər verir ki, Bakı şəhərində yerləşən “Greenpark” hotel hərraca çıxarılıb.
İlkin bazar qiyməti 6,5 milyon manat, minimum satış qiyməti isə 5,6 milyon manat müəyyən olunub.
Qeyd edək ki, “Greenpark” hotel vaxtilə “İrşad” hotel kimi fəaliyyət göstərib. Mətbuatda sözügedən hotelin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Rafiq Əliyev tərəfindən inşa edildiyi qeyd olunur.
Xatırladaq ki, 2001-ci il iyunun 21-dən 2006-cı il iyunun 26-dək Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsində çalışıb.
Sözügedən hərracın əsas məqsədlərindən biri borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsidir.