SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Market araşdırması Bank

Nəsimi rayonu

Nəsimi rayonu — Bakıda rayon.

Nəsimi rayonu onu əhatə edən indiki Yasamal, Səbail və Nərimanov rayonlarının əraziləri hesabına yaradılmışdır. Ərazisi 9 kvadrat kilometrdir. 1999-cu ildə keçirilmiş əhalinin ilk milli siyahıya alınmasının nəticələrinə görə, rayonun daimi əhalisi 196 min nəfər olmuşdur. Hazırda əhalinin sayı 202 073 nəfərdir.

Ermənistan Respublikasının təcavüzü nəticəsində 1988-ci ildən başlayaraq qaçqın düşmüş azərbaycanlıların bir qismi – 17.476 nəfəri və ya 3726 ailə müvəqqəti olaraq rayonun ərazisində məskunlaşmışdır. Azərbaycanın işğal olunmuş bölgələrindən olan məcburi köçkünlərin 11.401 nəfəri və ya 2797 ailə də Nəsimi rayonunda məskunlaşmışdır.

Nəsimi rayonunu paytaxtın giriş qapısı da adlandırırlar. Belə ki, Bakının giriş qapıları sayılan Dəmiryolu Sərnişin Vağzalı və Beynəlxalq Şəhərlərarası Avtovağzal bu rayonda yerləşir.

Şəhər Metropoliteninin "28 May", "C. Cabbarlı", "20 Yanvar", "8 Noyabr" və "Memar Əcəmi" stansiyaları da Nəsimi rayonu ərazisindədir.

Bakıdakı Heydər Əliyev adına İdman-Konsert Kompleksi, Respublika Velotreki rayonun tanınmış idman obyektlərindəndir.

Paytaxtın mərkəzində yerləşməsi rayonun sosial-iqtisadi, mədəni inkişafına müsbət təsir göstərmişdir. Hazırda rayon ərazisində 10-dan artıq istirahət parkı vardır.

Nəsimi rayonu təhsil müəssisələrinin sayına görə də paytaxtda birincidir. Dövlət ali məktəblərinin 5-i bu rayonda fəaliyyət göstərir. Rayonda onlarla ümumtəhsil məktəbi və uşaq bağçası vardır.

Paytaxtdakı mühüm səhiyyə ocaqlarının da əksəriyyəti Nəsimi rayonunun ərazisində yerləşir. Burada çoxlu sayda elmi-tədqiqat tibb institutu, klinik xəstəxana, doğum evi və poliklinika fəaliyyət göstərir.

Nəsimi rayonundakı 7 mehmanxana – "Avropa" hoteli, "Bakı", "İSR Plaza", "Ambassador", "Halekai", "İrşad" və "Diplomat" mehmanxanaları paytaxtın qonaqlarına xidmət göstərir.

1969-cu ildə Nəsimi rayonu yaradılarkən burada 100-dən çox sənaye, tikinti və nəqliyyat müəssisəsi fəaliyyət göstərirdi. 70-ci illər bütün Azərbaycanda olduğu kimi, Nəsimi rayonunda da sənaye və iqtisadiyyatın yüksəliş dövrü olmuşdur. Rayon ərazisində ölkə əhəmiyyətli bir neçə sosial-mədəni obyekt yerləşir. Onlardan ən mühümü "Heydər Əliyev adına Saray"dır. Milli memarlıq elementləri ilə müasirliyin cizgilərini özündə üzvi şəkildə birləşdirən bu sarayın qarşısındakı parkda Heydər Əliyevin abidəsi ucalır.

Tarixi
Nəsimi rayonu 13.06.1969-cu il tarixdə yaradılmışdır.

Mədəniyyəti
Rayon ərazisində 8 ali məktəb (Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Musiqi Akademiyası, Azərbaycan Tibb Universiteti, Azərbaycan Dillər Universiteti, Bakı Slavyan Universiteti, Bakı Asiya Universiteti, Azərbaycan Universiteti, Bakı Qızlar Universiteti), 33 orta məktəb, 4 orta ixtisas və peşə məktəbi, 8 məktəbdənkənar tərbiyə müəssisəsi, 2 musiqi məktəbi, 47 körpələr evi-uşaq bağçası, 11 xəstəxana, 11 poliklinika, 13 memarliq abidəsi yerləşir.

SOCAR-ın bankının rəhbərliyində dəyişiklik olacaq
İqtisadiyyat
17.07.2026 16:04
SOCAR-ın bankının rəhbərliyində dəyişiklik olacaq
Paytaxtın Nəsimi, Yasamal və Nizami rayonlarında bu yollar bağlanır - SİYAHI
Bakı
16.07.2026 13:43
Paytaxtın Nəsimi, Yasamal və Nizami rayonlarında bu yollar bağlanır - SİYAHI
“Tap.az”, “Boss.az” kimi saytların operatoru bağlanır
Biznes
13.07.2026 21:43
“Tap.az”, “Boss.az” kimi saytların operatoru bağlanır
FHN  Gilan Holdinq”ə 1 milyon manata yaxın pul ayırdı
İqtisadiyyat
12.07.2026 17:12
FHN "Gilan Holdinq”ə 1 milyon manata yaxın pul ayırdı
Nəsimi rayonunda bu il 230 kiloqramdan çox narkotik vasitə aşkarlanıb - VİDEO
Bakı
07.07.2026 15:33
Nəsimi rayonunda bu il 230 kiloqramdan çox narkotik vasitə aşkarlanıb - VİDEO
Nəsimidə təhlükəli ağaclar götürülür: köhnənin yerinə yenisi əkilir - FOTO
Bakı
03.07.2026 21:16
Nəsimidə təhlükəli ağaclar götürülür: köhnənin yerinə yenisi əkilir - FOTO
Elm və Təhsil Nazirliyinə hər il 10 milyon manatlıq iş görən şirkət - TENDER
Təhsil
02.07.2026 19:03
Elm və Təhsil Nazirliyinə hər il 10 milyon manatlıq iş görən şirkət - TENDER
Qiymətləndirmə üzrə işləmək istəyənlər üçün imtahanı keçirildi
Ölkə
28.06.2026 20:11
Qiymətləndirmə üzrə işləmək istəyənlər üçün imtahanı keçirildi
Əhaliyə fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları izah olundu
Ölkə
28.06.2026 19:26
Əhaliyə fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları izah olundu
Fırıldaqçılar Biləcəridə torpaq sahəsinin özəlləşdiriləcəyini söz verib 31 min manat aldılar
Bakı
25.06.2026 22:42
Fırıldaqçılar Biləcəridə torpaq sahəsinin özəlləşdiriləcəyini söz verib 31 min manat aldılar
Bıçaqlanma ilə yekunlaşan TikTok mübahisəsinə görə 2 nəfərə hökm oxundu
Ölkə
23.06.2026 16:35
Bıçaqlanma ilə yekunlaşan TikTok mübahisəsinə görə 2 nəfərə hökm oxundu
Eyvanında yanğın baş verdi, kombi alışdı - VİDEO
Bakı
04.06.2026 15:29
Eyvanında yanğın baş verdi, kombi alışdı - VİDEO
Yük ekspeditoru səhmdarlarına hesabat verəcək
Biznes
06.05.2026 11:26
Yük ekspeditoru səhmdarlarına hesabat verəcək
Dövlət qulluğuna qəbul üzrə növbəti test imtahanı keçirilib
Ölkə
03.05.2026 13:47
Dövlət qulluğuna qəbul üzrə növbəti test imtahanı keçirilib
Bakıda parik taxıb cinayətlər törədən şəxs ələ keçirildi
Bakı
25.04.2026 22:53
Bakıda parik taxıb cinayətlər törədən şəxs ələ keçirildi
Məktəblərin 67 faizində sanitar-gigiyenik pozuntular - FOTO - SİYAHI
Təhsil
20.04.2026 15:12
Məktəblərin 67 faizində sanitar-gigiyenik pozuntular - FOTO - SİYAHI
Bu məktəblərdə qadağan olunan mallar satılır - SİYAHI
Təhsil
20.04.2026 12:44
Bu məktəblərdə qadağan olunan mallar satılır - SİYAHI
“Nəsimi Bazarı” səhmdarlarının yığıncağını çağırıb
Biznes
15.04.2026 11:11
“Nəsimi Bazarı” səhmdarlarının yığıncağını çağırıb
Bakıda qanunsuz ağac kəsilən ünvanlar açıqlandı
Bakı
10.04.2026 20:54
Bakıda qanunsuz ağac kəsilən ünvanlar açıqlandı
Bakıda narkokuryerlərə qarşı əməliyyat: 6 nəfər saxlanıldı
Bakı
09.04.2026 10:13
Bakıda narkokuryerlərə qarşı əməliyyat: 6 nəfər saxlanıldı
“Rahat” marketdən 400 manatlıq yağ oğurlandı, məhkəmə işə xitam verdi
Ölkə
06.04.2026 10:12
“Rahat” marketdən 400 manatlıq yağ oğurlandı, məhkəmə işə xitam verdi
Azərbaycanın aparıcı bankının əsas səhmdarı dəyişəcək
Maliyyə
10.03.2026 10:08
Azərbaycanın aparıcı bankının əsas səhmdarı dəyişəcək
“BOA Agancy” “Xalq Bank”dan kredit götürüb qurtara bilmir
Maliyyə
05.03.2026 16:22
“BOA Agancy” “Xalq Bank”dan kredit götürüb qurtara bilmir
Kapital Bankda nizamnamə kapitalı ilə bağlı MÜZAKİRƏLƏR
Maliyyə
03.03.2026 09:09
"Kapital Bank"da nizamnamə kapitalı ilə bağlı MÜZAKİRƏLƏR
Dənizkənarı restoran çırkab sularını Xəzərə axıdır - MƏHKƏMƏ QƏRARI
Bakı
02.03.2026 14:19
Dənizkənarı restoran çırkab sularını Xəzərə axıdır - MƏHKƏMƏ QƏRARI
Suşi hazırlanan obyekt natəmizliyə görə bağlandı
Bakı
27.02.2026 22:37
Suşi hazırlanan obyekt natəmizliyə görə bağlandı
Səhiyyə Nazirliyi “Kəpəz Hospital”da sertifikatsız tibb fəaliyyəti AŞKARLADI
Sağlamlıq
27.02.2026 14:57
Səhiyyə Nazirliyi “Kəpəz Hospital”da sertifikatsız tibb fəaliyyəti AŞKARLADI