SÜJET

Süni intellekt Böyük Qayıdış Bank Daşınmaz əmlak Sülh gündəliyi
Dəmir yolu və tikililər söküləcək – Bakıda YENİ PARK LAYİHƏSİ

Dəmir yolu və tikililər söküləcək – Bakıda YENİ PARK LAYİHƏSİ

  • 23 sentyabr 2026, 20:51
Bakı

Bakının mərkəzində 12 hektarlıq ərazinin yeni istirahət parkına çevrilməsi üçün 35,2 milyon manatdan çox vəsait ayrılacaq. 

Yurd.Media "Ölkə.az"a istinadən xəbər verir ki, Bakı şəhərində yeni parkın salınması ilə bağlı hazırlıqlar başlayıb.

Layihə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC tərəfindən təsdiqlənib.

Belə ki, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsindən “The Ritz-Carlton Baku” otelinə qədər olan 12 hektar ərazidə yeni istirahət parkının salınması işləri “Xezer-Construction” MMC-yə həvalə olunub.

Şirkətə görüləcək işlərlə bağlı ümumilikdə 35 mln 229 min 641 manat ödəniləcək.

Layihə çərçivəsində park ərazisində mövcud tikililərin, asfalt örtüyü və dəmir yolunun sökülməsi nəzərdə tutulur.

Qeyd edək ki, layihənin ilkin qiyməti 49 mln 440 min 118 manat olaraq müəyyənləşdirilmişdi.

Skat.az - Ev və Avtomobil elanları