SÜJET

Süni intellekt Bank Böyük Qayıdış Sülh gündəliyi Market araşdırması
“Bolmart”da xarab kolbasa iddiası: AQTA yoxlama keçirdi

“Bolmart”da xarab kolbasa iddiası: AQTA yoxlama keçirdi

  • 21 avqust 2026, 20:58
Bakı

Alıcının narazılığı ilə bağlı aparılan araşdırmada marketdə satılan kolbasa məhsullarının saxlanma şərtləri və təhlükəsizlik göstəriciləri yoxlanılıb.

Yurd.Media "NOCOMMENT.az"a istinadən xəbər verir ki, Bakının Nəsimi rayonu, Səməd Vurğun küçəsində yerləşən "Bolmart" marketlər şəbəkəsinə məxsus filialda alıcıya keyfiyyətsiz və xarab olmuş kolbasa məhsulu satılıb.

"QoçƏt" brendinə məxsus kolbasa məhsulunu alan vətəndaş bildirib ki, məhsulun kəskin qoxusundan şübhələnərək dərhal kassadakı satıcılara yaxınlaşıb. Satıcılar da məhsulun iylənmiş, köhnə və kiflənmiş olduğunu öz gözləri ilə görüb təsdiq ediblər. Alıcının haqlı israrından sonra məhsul geri qaytarılıb.

Şikayətçi haqlı olaraq xüsusilə isti yay günlərində bu cür qida məhsullarının saxlanma şəraitinə və keyfiyyətinə niyə lazımi nəzarət edilmədiyini sual altındakı qoyur. Məhsulun üzərindəki istehsal və ya istifadə tarixinin iyulun 17-ni göstərməsinə, yəni hələ bir aylıq yararlılıq müddətinin qalmasına baxmayaraq, məhsulun bu cür bərbad və xarab vəziyyətdə olması istehlakçıların sağlamlığına birbaşa təhlükə yaradır.

İsti hava şəraitində tez xarab olan qida məhsullarının soyuducu rejiminə əməl olunmadan saxlanılması və ya daşınması bu cür xoşagəlməz halların yaranmasına səbəb olur.

Məsələ ilə bağlı "NOCOMMENT.az" Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) sorğu ünvanlayıb. Agentlikdən bildirilib ki, sorğu əsasında Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsində fəaliyyət göstərən “Bolmart” ticarət obyektində satışa təqdim edilən kolbasa məhsulunun kiflənməsi ilə bağlı yayılan məlumat araşdırılıb.Məlumatla əlaqədar əməkdaşlarımız tərəfindən sözügedən ticarət obyektinə baxış keçirilib. Baxış zamanı satışa təqdim edilən kolbasa məhsullarının keyfiyyət və təhlükəsizlik göstəricilərini təsdiq edən sənədlərin mövcud olduğu, saxlanma rejiminin, eləcədə yararlılıq müddətlərinin qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğun olduğu müşahidə edilib.Market rəhbərliyinə qida təhlükəsizliyi və AQTA standartlarına əsasən soyuducu və anbarların temperatur rejiminə, soyuq zəncirin davamlılığına və ticarət zalının havasına ciddi nəzarətlə bağlı müvafiq tapşırıqlar verilib.

Vətəndaşlardan qida ilə bağlı şübhəli hallarla qarşılaşdıqda Agentliyin “1003 - Çağrı Mərkəzi”nə məlumat vermələri xahiş olunur.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları