SÜJET

TƏYİNATLAR MƏHKƏMƏ Bank Daşınmaz əmlak Böyük Qayıdış
Bu il yaradılan lizinq şirkəti kapitalını 10 min dəfə artırdı

Bu il yaradılan lizinq şirkəti kapitalını 10 min dəfə artırdı

  • 24 noyabr 2026, 09:28

“AK Group Leasing” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) nizamnamə kapitalı artırılıb.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, şirkətin nizamnamə kapitalı 10 manatdan 100 min manata yüksəldilib.

2026-cı il yanvarın 9-da dövlət qeydiyyatına alınan şirkətin direktoru Kənan Abdullayevdir. 

“AK Group Leasing” MMC Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi, 85Z ünvanında qeydiyyatdadır.

Şirkət əsasən avtomobillərin lizinqlə satılması üzrə fəaliyyət göstərir.

Skat.az - Ev və Avtomobil elanları