Bu il oktyabrın 1-nə Azərbaycanın maliyyə sektorunda 44,1 min nəfər işləyib.
Bu barədə Yurd.Media-ya Dövlət Statistika Komitəsindən bildirilib.
Məlumata görə, bu, ötən il oktyabrın 1-i ilə müqayisədə 6% çoxdur.
Son 1 ildə maliyyəçiləri sayı dövlət sektorunda dəyişməyərək 7,5 min nəfər, özəl sektorda isə 7,3% artaraq 36,6 min nəfər olub.