Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda maliyyə sektoruna 107,7 milyon manat investisiya qoyulub.
Bu barədə Yurd.Media-ya Dövlət Statistika Komitəsindən bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 38,8% azdır.
Hesabat dövründə maliyyə sektoruna investisiya qoyuluşu əsas kapitala yönəldilmiş investisiyaların 0,7%-ni təşkil edib.
10 ayda Azərbaycanda əsas kapitala 16 519,8 milyon manat investisiya yönəldilib.
Bu, 1 il əvvələ nisbətən real ifadədə 9,7% çoxdur.