“Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) 1 oktyabr 2026-cı ildən 31 oktyabr 2026-cı ilə qədər səhmlərinin alışına və satışına dair bağlanılmış 13 insayder əqdini ictimailəşdirib.
Yurd.Media xəbər verir ki, Bank bu barədə Azərbaycan Mərkəzi Bankının Məlumatların Elektron Açıqlanması Sistemində məlumat verib.
“Qiymətli kağızlar haqqında” qanuna uyğun olaraq yerləşdirilmiş məlumatda söhbət ABB-də müxtəlif vəzifələr tutan şəxslərin Bankda paylarını artırmasından və azaltmasından gedir.
Məsələn, həmin şəxslərdən biri ABB-nin İdarə Heyətinin sədr müavini Vasif Əhmədovdur. O, Bankın nominal dəyəri 27 qəpikdən 100 min ədəd səhmini 27 min manata satıb və səhmdarlıqdan çıxıb.
Bundan başqa, ABB-nin Baş direktoru Ülvi Qasımov Bankın nominal dəyəri 27 qəpikdən 90,3 min ədəd səhmini 24,4 min manata satıb. Hazırda o kredit təşkilatının 211,2 ədəd səhminə malikdir.