"Hermes" MMC bank olmayan kredit təşkilatı (BOKT) Azərbaycan Mərkəzi Bankından lisenziya alıb.
Yurd.Media xəbər verir ki, bu barədə tənzimləyici qurum məlumat yayıb.
Bnunla da ölkədə lisenziyası olan BOKT-ların sayı 52-yə çatıb.
“Hermes” bu ilin iyun ayında dövlət qeydiyyatına alınıb. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Kommersiya qurumlarının dövlət reyestri məlumatlarına əsasən yeni kredit təşkilatı təsisçisi - "Hermes Finance" ASC ilə eyni hüquqi ünvanda Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospekti, 36 ünvanında qeydiyyatdan keçib. Onun nizamnamə kapitalı BOKT-lar üçün müəyyən edilmiş minimum tələbə uyğun - 1 milyon manat, qanuni təmsilçisi isə Həmid Mövsüm oğlu Mirzəyevdir.