"Azərbaycan Sənaye Sığorta" ASC (ASS) bu ilin yanvar-sentyabr aylarının yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.
Yurd.Media xəbər verir ki, şirkət 9 ayda 0,8 milyon manat xalis mənfəət əldə edib (ötən ilin eyni dövrünü 1,5 milyon manat xalis zərərlə başa vurmuşdu).
Bu il oktyabrın əvvəlinə ASS-nin aktivləri ötən il oktyabrın əvvəlinə nisbətən 7,55% az - 32,9 milyon manat təşkil edib. Şirkətin öhdəlikləri 22,55 milyon manat (8,7% az), balans kapitalı isə 10,35 milyon manat (4,85% az), o cümlədən nizamnamə kapitalı 11 milyon manat (dəyişməyib) olub.