"İpək Yolu Sığorta" ASC bu ilin yanvar-sentyabr aylarının yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.
Yurd.Media xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının bugün lisenziyasını məhdudlaşdırdığı şirkət 9 ayda 0,75 milyon manat xalis mənfəət əldə edib.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 52,9% çoxdur.
Bu il oktyabrın əvvəlinə "İpək Yolu Sığorta"nın aktivləri ötən il oktyabrın əvvəlinə nisbətən 3% çox - 23,6 milyon manat təşkil edib.
Şirkətin öhdəlikləri 8,4 milyon manat (14,9% çox), balans kapitalı isə 15,2 milyon manat (2,6% az), o cümlədən nizamnamə kapitalı 14,8 milyon manat (dəyişməyib) olub.