"Meqa Sığorta" ASC bu ilin yanvar-sentyabr aylarının yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.
Yurd.Media xəbər verir ki, şirkət 9 ayda 2,8 milyon manat xalis mənfəət əldə edib.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,55% azdır.
Bu il oktyabrın əvvəlinə "Meqa Sığorta"nın aktivləri ötən il oktyabrın əvvəlinə nisbətən 5,7% çox – 60,4 milyon manat təşkil edib. Şirkətin öhdəlikləri 30,2 milyon manat (10% çox), balans kapitalı isə 30,2 milyon manat (1,7% çox), o cümlədən nizamnamə kapitalı 23 milyon manat (dəyişməyib) olub.