SÜJET

TƏYİNATLAR MƏHKƏMƏ Bank Daşınmaz əmlak Böyük Qayıdış
“Azərbaycan Kredit Bürosu”nda rəhbər vəzifəyə TƏYİNAT

“Azərbaycan Kredit Bürosu”nda rəhbər vəzifəyə TƏYİNAT

  • 15 noyabr 2026, 09:06

“Azərbaycan Kredit Bürosu”nda rəhbər vəzifəyə yeni təyinat baş tutub.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, Rasim Həbibzadə “Azərbaycan Kredit Bürosu”nda biznesin inkişafı üzrə direktor müavini vəzifəsinə təyin olunub.

O, bu aydan etibarən yeni vəzifəsinin icrasına başlayıb.

Rasim Həbibzadə yeni təyinatından əvvəl, 2024-cü ilin sentyabrından 2026-cı ilin noyabrınadək “Azərbaycan Kredit Bürosu”nda məhsul rəhbəri olub.

O, 2022-ci ilin iyulundan 2024-cü ilin oktyabrınadək biznesin inkişafı departamentinin baş mütəxəssisi, 2020-ci ilin sentyabrından 2022-ci ilin iyulunadək aparıcı mütəxəssisi, 2019-cu ilin iyulundan 2020-ci ilin sentyabrınadək mütəxəssisi, 2018-ci ilin noyabrından 2019-cu ilin iyulunadək isə kiçik mütəxəssisi vəzifələrində çalışıb.

R.Həbibzadə 2017-ci ilin avqustundan 2018-ci ilin noyabrınadək “Ziraat Bank Azərbaycan” ASC-də kiçik mütəxəssis olub.

Rasim HəbibzadəRasim Həbibzadə

Skat.az - Ev və Avtomobil elanları