Bu ilin sentyabr ayının yekununda Azərbaycanda orta aylıq əmək haqqı avqust ayının yekunu ilə müqayisədə eyni – 1 173 manat olub.
Bu barədə Yurd.Media-ya Dövlət Statistika Komitəsindən bildirilib.
İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.