"PAŞA Bank" ASC-nin Türkiyədəki törəməsi "PAŞA Yatırım Bankası" 2026-cı ilin yanvar-sentyabr aylarının yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.
Yurd.Media xəbər verir ki, törəmə bank 9 ayda 280 milyon lirə və yaxud 8,4 milyon manat xalis mənfəət əldə edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 36,8% azdır.
Bu il oktyabrın əvvəlinə "PAŞA Yatırım Bankası"nın aktivləri ötən il oktyabrın əvvəlinə nisbətən 25,3% çox – 17 830 milyon lirə (534,9 milyon manat), o cümlədən xalis kredit portfeli 37,4% çox – 9 203 lirə manat (276,1 milyon manat) təşkil edib.
Törəmə bankın öhdəlikləri 15 226 milyon lirə (456,8 milyon manat, 26,5% çox), balans kapitalı isə 2 604 milyon lirə (78,1 milyon manat, 18,6% çox), o cümlədən nizamnamə kapitalı 500 milyon lirə (20 milyon manat, dəyişməyib) olub.