SÜJET

MƏHKƏMƏ TƏYİNATLAR Böyük Qayıdış Süni intellekt Bank
Bank BTB”-nin İdarə Heyəti Sədrinin müavini ləğv olunmuş BOKT-a rəhbər keçdi

"Bank BTB”-nin İdarə Heyəti Sədrinin müavini ləğv olunmuş BOKT-a rəhbər keçdi

  • 12 noyabr 2026, 11:59

"Bank BTB” ASC-nin təşkilati-hüquqi formasını və adını dəyişdirərək çevrildiyi "T-Kredit” MMC Bank Olmayan Kredit Təşkilatına (BOKT) yeni rəhbər təyinatı baş tutub. 

Yurd.Media-nın əldə etdiyi məlumata görə, "Bank BTB” ASC-nin İdarə Heyəti Sədrinin müavini, İdarə Heyətinin üzvü olmuş Zaur Yusifov "T-Kredit” BOKT-a rəhbər təyin edilib. 

O bu vəzifədə daha əvvəl "Bank BTB”-in Maliyyə departamentinin direktoru işləmiş, çevrilmədən sonra isə BOKT-a rəhbərlik etmiş Vüqar Rəfiyevi əvəzləyib.

Xatırladaq ki, "Bank BTB” bu ilin iyun ayında öz təşkilati-hüquqi formasını və adını dəyişdirərək "T-Kredit” BOKT-yə çevrildiyini elan edib. Azərbaycan Mərkəzi Bankının (AMB) qərarı ilə “T-Kredit” Bank Olmayan Kredit Təşkilatı (BOKT) MMC-nin də lisenziyası ləğv edilib.

Bankın aktivləri və öhdəlikləri Azərbaycan Beynəlxalq Bankına ötürülüb.

Qeyd ki, "Bank BTB” 2010-cu ildə təsis edilib. Onun nizamnamə kapitalı 71,45 milyon manat olub. Bankın səhmlərinin 76,74 %-i Nigar Mehdiyevaya, 17,68 %-i Müşahidə Şurasının sədri Rza Sadiqə, 5,58 %-i isə Tükəzban Mahmudovaya aid olub.

Bank BOKT-yə çevrildikdən sonra onun nizamnamə kapitalı hazırda 1 milyon manat təşkil edir.

Skat.az - Ev və Avtomobil elanları