Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 33 569,6 milyon manat, xərcləri isə 28 761,4 milyon manat təşkil edib.
Bu barədə Yurd.Media-ya Maliyyə Nazirliyindən bildirilib.
Məlumata görə, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 2,1% və 3,8% çoxdur.
Son nəticədə büdcədə 4 808,2 milyon manat profisit yaranıb. Bu isə 1 il əvvələ nisbətən 21,3% çoxdur.