Bu ilin yanvar-oktyabr aylarının yekununda Azərbaycanda orta illik inflyasiya 5,6% təşkil edib.
Bu barədə Yurd.Media-ya Dövlət Statistika Komitəsindən bildirilib.
Məlumata görə, bu, yanvar-sentyabr aylarının yekunu ilə müqayisədə 0,1 faiz bəndi azdır.
Xatırladaq ki, bu ilin avqust ayında Azərbaycan hökuməti bu il orta illik inflyasiya ilə bağlı proqnozunu 4,8%-dən 5,7%-ə qaldırıb.
Beləliklə, hazırda inflyasiya ilə bağlı vəziyyət hökumətin gözlədiyindən yaxşıdır.