Bu ilin yanvar-oktyabr aylarında “Capital Partners İnvestisiya Şirkəti” QSC “Bakı Fond Birjası” QSC-də 455,9 milyon manatlıq əməliyyat aparıb.
Bu barədə Yurd.Media-ya Birjadan bildirilib.
Məlumata əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 61,9% azdır. Həmin dövrdə investisiya şirkətinin birja dövriyyəsi 1 197,1 milyon manat təşkil edib.
Qeyd edək ki, “Capital Partners İnvestisiya Şirkəti” QSC, 2007-ci ildə yaranıb və “Rabitəbank” ASC-nin törəmə şirkətidir. Şirkətin nizamnamə kapitalı 600 000 manatdır, direktoru isə İkram Səfərəliyevdir.