"Kəpəz" MMC bank olmayan kredit təşkilatı (BOKT) 6 milyon manatlıq istiqraz emissiyası elan edib.
Yurd.Media xəbər verir ki, BOKT istiqrazlarının emissiya prospektini Azərbaycan Mərkəzi Bankının Məlumatların Elektron Açıqlanması Sistemində yerləşdirib.
Sənədə əsasən, nominal dəyəri 100 manatdan 60 000 ədəd faizli, adlı, təminatsız, sənədsiz istiqrazın kütləvi təklif üsulu ilə yerləşdirilməsi nəzərdə tutulur.
Qiymətli kağızlar 1 il tədavüldə olacaq. Onların illik gəlirliliyi hərracın gedişində müəyyən olunacaq. Faizlər 1 aydan bir ödəniləcək.
Yerləşdirmə üzrə anderrayter "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC-dir.