“Xəzərdənizservis” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) cərimə edilib.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, Maliyyə Nazirliyi tərəfindən “Xəzərdənizservis” MMC-də yoxlama aparılıb.
Məlum olub ki, MMC tərəfindən 2024-cü il üzrə maliyyə hesabatlarının 2025-ci ildə auditi aparılmayıb.
“Xəzərdənizservis” MMC İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə protokol tərtib edilib.
Səbail Rayon Məhkəməsinin qərarı ilə MMC 1500 manat cərimə edilib.
Qeyd edək ki, “Xəzərdənizservis” 2005-ci ildən neft, qaz və sənaye sektorları üçün mühəndislik, quraşdırma, istehsal və texniki xidmətlər göstərir. Şirkətin direktoru Rüfət Abdullayevdir.