SÜJET

MƏHKƏMƏ TƏYİNATLAR Böyük Qayıdış Süni intellekt Bank
“ABB-İnvest İnvestisiya Şirkəti”nin birja dövriyyəsi 17%-ə yaxın azalıb

“ABB-İnvest İnvestisiya Şirkəti”nin birja dövriyyəsi 17%-ə yaxın azalıb

  • 11 noyabr 2026, 09:32

Bu ilin yanvar-oktyabr aylarında “ABB-İnvest İnvestisiya Şirkəti” QSC “Bakı Fond Birjası” QSC-də 26 490,9 milyon manatlıq əməliyyat aparıb.

Bu barədə Yurd.Media-ya Birjadan bildirilib.

Məlumata əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 16,65% azdır.

Həmin dövrdə investisiya şirkətinin birja dövriyyəsi 31 784,3 milyon manat təşkil edib.

Skat.az - Ev və Avtomobil elanları