2027-ci ildə Azərbaycanda ipoteka kreditləşməsinə dövlət büdcəsindən 89 milyon manat vəsait ayrılması nəzərdə tutulur.
Yurd.Media xəbər verir ki, bu barədə “2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində bildirilir.
Sənədə əsasən, bu, 2026-cı illə müqayisədə 4,7% çoxdur.
Büdcədən ayrılacaq vəsait güzəşli kreditləşmə üçün nəzərdə tutulur və onun hesabına İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı artırılacaq.