SÜJET

MƏHKƏMƏ TƏYİNATLAR Böyük Qayıdış Süni intellekt Bank
Faiz xərcləri azalan banklar: “Xalq Bank” və “Kapital Bank” - CƏDVƏL

Faiz xərcləri azalan banklar: “Xalq Bank” və “Kapital Bank” - CƏDVƏL

  • 06 noyabr 2026, 10:37

Bu ilin yanvar-sentyabr aylarında ölkədə fəaliyyət göstərən 21 bankdan 5-nin faiz xərcləri 90 milyon manatdan çox olub.

Yurd.Media araşdırmasına görə, bunlar, “Azərbaycan Beynəlxalq Bankı” (336,2 milyon manat), “Kapital Bank” (260,3 milyon manat), “PAŞA Bank” (173,2 milyon manat), “Bank Respublika” (95,45 milyon manat) və “Unibank” (94,2 milyon manat) ASC-lərdir.

Qalan 16 bankdan 12-nin faiz xərcləri 10-90 milyon manat arasında, 4-nün faiz xərcləri isə 10 milyon manatdan azdır.

Son 1 ildə 2 bankın faiz xərcləri azalıb. Ən çox azalma “Xalq Bank” ASC-də (11,4%), ən az azalma isə “Kapital Bank”da (6,1%) qeydə alınıb.

1 bankın – İran Milli Bankının son 1 ildə faiz xərcləri olmayıb, odur ki, onun bu göstəricisinin dinamikasını hesablamaq mümkün olmayıb.

Qalan 18 bankın isə faiz xərcləri artıb. Ən yüksək dinamika “AFB Bank” ASC-də (3,6 dəfə), ən aşağı dinamika isə “Premium Bank” ASC-də (2%) qeydə alınıb.

Yurd.Media-nın bankların 2026-cı ilin III rübünün göstəriciləri ilə bağlı daha əvvəl hazırladığı materialları təqdim edirik:

- “Xalq Bank” aktivlərin azalmasına görə "liderdir" - CƏDVƏL

- ASB qiymətli kağızlar bazarından kənarda, “Xalq Bank”da kəskin AZALMA - CƏDVƏL

- Əhalinin banklara kreditləri durmadan artır - CƏDVƏL

- Bu bankların problemli kreditləri "başağrısına çevrilib" - CƏDVƏL

- Bu 3 bank öhdəliklərini AZALDIR - CƏDVƏL

- Əmanətçilər ən çox “Bank Respublika” və "Xalq Bank"dan pullarını çəkir - CƏDVƏL

- “Kapital Bank” AMB-yə borcunu 14%-ə yaxın azaldıb - CƏDVƏL

- “PAŞA Bank” və “Express Bank”dan başqa bütün bankların balans kapitalı artıb - CƏDVƏL

- Banklarda nizamnamə kapitalı ilə bağlı son durum - CƏDVƏL

- Bu 3 bankın əməliyyat gəlirləri AZALDI - CƏDVƏL

- Azərbaycanda faizlərdən ən çox qazanan banklar - CƏDVƏL

- Bu bankların qeyri-faiz gəlirləri kəskin azaldı - CƏDVƏL

- Bankların əməliyyat xərclərinin müqayisəsi - CƏDVƏL

Skat.az - Ev və Avtomobil elanları