SÜJET

MƏHKƏMƏ TƏYİNATLAR Böyük Qayıdış Süni intellekt Bank
Əmanətçilər ən çox “Bank Respublika” və Xalq Bankdan pullarını çəkir - CƏDVƏL

Əmanətçilər ən çox “Bank Respublika” və "Xalq Bank"dan pullarını çəkir - CƏDVƏL

  • 27 oktyabr 2026, 09:43

Bu il oktyabrın 1-nə Azərbaycanda fəaliyyət göstərən 21 bankdan 5-nin depozit portfeli 1,5 milyard manatdan çox olub.

Yurd.Media araşdırmasına görə, bunlar, “Azərbaycan Beynəlxalq Bankı” (10 704,5 milyon manat), “Kapital Bank” (10 305,9 milyon manat), “PAŞA Bank” (7 487 milyon manat), “Azər-Türk Bank” (1 668,2 milyon manat) və “Xalq Bank” (1 598,5 milyon manat) ASC-lərdir.

Qalan 16 bankdan 5-nin depozit portfeli 1-1,5 milyard manat arasında, 9-nun depozit portfeli 0,1-1 milyard manat arasında, 2-nin depozit portfeli isə 0,1 milyard manatdan az olub.

Son 1 ildə 3 bankın depozit portfeli azalıb. Ən çox azalma “Bank Respublika” ASC-də (27,6%), ən az azalma isə “Turan Bank” ASC-də (4,4%) qeydə alınıb.

Qalan 18 bankın isə depozit portfeli artıb. Ən yüksək dinamika “AFB Bank” ASC-də (2,5 dəfə), ən aşağı dinamika isə İran Milli Bankının Bakı filialında (0,1%) qeydə alınıb.

Yurd.Media-nın bankların 2026-cı ilin III rübünün göstəriciləri ilə bağlı daha əvvəl hazırladığı materialları təqdim edirik:

- “Xalq Bank” aktivlərin azalmasına görə "liderdir" - CƏDVƏL

- ASB qiymətli kağızlar bazarından kənarda, “Xalq Bank”da kəskin AZALMA - CƏDVƏL

- Əhalinin banklara kreditləri durmadan artır - CƏDVƏL

- Bu bankların problemli kreditləri "başağrısına çevrilib" - CƏDVƏL

- Bu 3 bank öhdəliklərini AZALDIR - CƏDVƏL

Skat.az - Ev və Avtomobil elanları